Gündəm, Şərhlər
06.08.2015 / 10:24

Oxuyuruqsa varıq

Oxuyuruqsa varıq

Mehmet Harun Topay/ İnform.az
Türkiyə



Dahilərdən biri “düşünürüksə deməli, varıq” deyib. Biz də deyirik ki, “oxyuruqsa varıq”. Belə ki, oxumağın önəmli olduğunu əlimizə düşən hər fürsətdə söyləyirik.
Bu məsələdə zamanın və məkanın önəmi itir. Önəmli və vacib olan oxumaqdır. Oxuyan, daim mütaliə edən insan, fikir sahibinə çevrilir, müəyyən mənəvi sərvət sahibi olur. Bir müddət sonra isə həmin insan bir çoxlarının məsləhət alacağı zəka sahibi kimi tanınır.
Bir qab düşünün. Bu qabın içərisini nə ilə doldursan o olacaq. Belə ki, içərisinə su doldursaq su, daş doldursaq daş, kağız doldursaq kağız olacaq. Beynimiz də belədir. Onun da içinə nə doldursaq, biz də o cür olacağıq. Yəni, daim oxusaq və bunu bir məşğuluyyət halına gətirsək, o zaman beynimiz başqa kənar bir şeylə məşğul olmayacaq və kənar şeylərə önəm verməyəcək.
Ölkələr arasında ən az mütaliə edənlərin siyahısındakı yerimizi dəyişdirməliyik. Hətta bu mövzuda ilk yerə qalxmalıyıq. Təbii ki, bu danışmaqla həll olunası bir məsələ deyil. Belə bir uğura imza atmaq üçün telefonlara, seriallara və televiziyaya ayırdığımız vaxtı, oxumağa ayırmaq məcburiyyətindəyik. Ən azından sosial şəbəkələrdə olan maraqlı yazıları oxumalıyıq. Yemək, içmək, gəzmək və kef şəkillərinə baxmaqdansa bu daha yaxşıdır. Əgər gələcəkdə var olmaq istəyiriksə, oxumalıyıq.
Əks təqdirdə yox olub gedəcəyik!

Baxış sayı: 511