Dünya
06.08.2015 / 08:34

İran Suriyada sülh və sabitlik üçün çalışacaq

İran Suriyada sülh və sabitlik üçün çalışacaq

İran Suriya böhranı ilə bağlı danışıqlara vasitəçilik etmək niyətindədir. İnform.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə İran prezidenti Ruhani Suriyanın xarici işlər nazir Əl-Muəllimin ilə görüşü zamanı məlumat verib.

“Biz Suriyada sülh və sabitlik üçün öz gücümüz daxilində əlimizdən gələni əsirgəməyəcəyik”-deyə, İran prezidenti bildirib.

Həmçinin İran prezidentinin rəsmi veb saytının verdiyi məlumata görə, Ruhani, İranın Suriyaya İŞİD terror qruplaşmaları ilə mübarizədə də, öz dəstəyini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, Suriya böhranında Rusiya ilə yanaşı İran da əsəd rejiminə öz dəstəyini göstərir.
Təbriz İslam / İnform.az

Baxış sayı: 333