Gündəm, Şərhlər
05.08.2015 / 13:49

Cırcıramalar necə oldu?

Cırcıramalar necə oldu?

Əlisa NİCAT / İnform.az


Həyətdə ehtiyat üçün iri qablarda su saxlayıram. Günlər hədsiz, görünməmiş dərəcədə isti keçir. Bunun ən çox zərəri böcək, həşərat və insanlara dəyir. Xüsusilə arılara və insanlara. İnsanlar hədsiz çoxdur, min bir vasitəsilə özlərini qoruyurlar. Arılar və həşəratlar isə bunu bacarmırlar.
Hər gün axşamüstü ağaclara su vermək üçün həyətə düşəndə su dolu qablarda boğulub ölən ovuc-ovuc arı görürəm. Onlar istidən yanıb su içmək istəyərkən boğulurlar. Təkcə bizim həyətdə belələri nə qədər desən olur.
Deməli təbiət, heç bir canlını nə öz hadisələrindən, - sel, zəlzələ, istilər,- nə də bu cür ekstremal hadisələrdən qorumur. Təbiət seçim etmir, heç kimi təhlükə və ölümdən sığortalamır.
Nəticədə son illər böcəklərin, pərvanə və kəpənəklərin sayı xeyli azalıb.
Yadımdadır, Lənkəranda yay gecələrində işıq və lampa ətraflarında və ya yol gedən maşınların fara işıqlarında saysız-hesabsız pərvanə toplaşardı. İndi isə onların sayı həddindən çox azalıb.
İnsanların sayı artdıqca həşəratların sayı azalır. İnsanlar bütün canlıların areallarını zəbt edir. Halbuki, məsələn farslar kimi varlıqları tamamilə faydasız olan, bəşəriyyətə heç bir zehni və mənəvi sərvət verməyən xalqlar nə qədər desən var. Amma sırtıq olduqlarına görə, sayları azalıb, kökləri qətiyyən kəsilmir. Əvəzində bülbüllərin, murad quşu, göycə qarğaların (tamamilə yox olub), sığırçınların və başqa gözəl quşların kökü az qala kəsilib. Əvəzində əhalimizin sayı 3 dəfə artıb. İqtidarımızın səylərinə baxmayaraq əks sahədə nailiyyətlərimiz demək olar ki, azdır. Müharibə də yoxdur ki, küçələrdə avaralanan və bütün günü siqaret püskürüb havanı zəhərləməkdən başqa heç nəyə yaramayan cavanlar gedib vətən uğrunda canlarını qurban versinlər. Beləliklə təbiətdə, canlılar aləmində balans pozulub. Heç şübhəsiz ki, yaxın illərdə vəziyyət lap pis olacaq.
50-60 il qabaq yay günləri həyətlər cırcıramalrın gözəl mahnıları ilə dolub-daşardı. İndi heç meşələrdən belə, səsləri gəlmir.
Heyf, keyfiyyətsizlik və faydasız kəmiyyət keyfiyyətə qalib gəlir.

Baxış sayı: 468