Mədəniyyət
05.08.2015 / 13:07

“Bir milyard turist - bir milyard imkan”

“Bir milyard turist - bir milyard imkan”

Bu il 27 sentyabr - Ümumdünya Turizm Günü “Bir milyard turist - bir milyard imkan” devizi altında keçiriləcək. Əlamətdar gün münasibətilə Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının saytında qurumun baş katibi Taleb Rifainin rəsmi müraciəti yer alıb. Müraciətdə bildirilir ki, hər il bir milyarddan çox insan müxtəlif ölkələrə səyahət edir. Onlar turizmi iqtisadiyyatın aparıcı sektoruna çevirirlər. Beləliklə, qlobal ümumdaxili məhsulun 10 faizi, dünya üzrə ixracatın ümumi həcminin 6 faizi bu sahənin payına düşür.
Xatırladaq ki, 1979-cu ildə Ümumdünya Turizm Təşkilatının Baş Assambleyası tərəfindən təsis olunan peşə bayramının məqsədi ictimaiyyətin diqqətini turizmin sosial, mədəni, siyasi və iqtisadi dəyərlərinə yönəltməkdir.


Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 362