Sosial
05.08.2015 / 12:32

Əmək yarmarkaları keçiriləcək

Əmək yarmarkaları keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti avqust ayında ölkənin 6 rayonunda işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkalarının təşkil olunmasını planlaşdırır.

Nazirlikdən verilən məlumata görə, avqustun 20-də Oğuz, avqustun 21-də Hacıqabul, avqustun 28-də Kürdəmir, Cəlilabad, Şabran rayonlarında və Şirvan şəhərində əmək yarmarkalarının keçirilməsi üçün hazırlıq işləri aparılır.

Tədbirlərdə qeyd olunan şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlardan boş (vakant) iş yerləri işsiz və işaxtaran şəxslərə təklif ediləcək. Yarmarkalarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerlərinin təqdim olunması da nəzərdə tutulub.

İnform.az

Baxış sayı: 272