Dünya
05.08.2015 / 10:56

Fələstinlilərə hücum edən israilli saxlanılıb

Fələstinlilərə hücum edən israilli saxlanılıb

İsrail hakimiyyət dairələri fələstinlilərə hücum etməkdə şübhəli bilinən israillini ilk dəfə mühakiməsiz həbs edib.
Mordexay Meyer 6 aylıq həbs cəzasına məhkum edilib.

Bu qərarın qəbul edilməsinə səbəb isə ötən həftə İordan çayının Qərb sahilində fələstinlilərin yaşadığı kənddə iki evin yandırılması olub. Hadisə nəticəsində 18 aylıq körpə həyatını itirib.

Qeyd edək ki, bazar ertəsi İsrail hökuməti rəsmi şəkildə fələstinlilərə hücum etməkdə şübhəli bilinən şəxslərin məhkəmə qərarı olmadan həbs edilməsinə icazə verib.

Daha əvvəllər inzibati qaydada saxlanma isə fələstinlilər barədə qəbul edilirdi.

İnform.az

Baxış sayı: 261