İdman
05.08.2015 / 04:45

Qurban Qurbanov: "Başqa yolumuz yoxdur"

Qurban Qurbanov: "Başqa yolumuz yoxdur"

"Vacib oyuna çıxırıq. Yaxşı bir komandaya qarşı oynayacağıq. İnform.az-ın "Report"-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Şotlandiya "Seltik"i ilə qarşılaşmadan danışan yerli mütəxəssis “Seltik”in fərqli oyun nümayiş etdirdiyini bildirib: "Matçın bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilirik. Rəqib hesabda üstün olsa da, qarşıda 90 dəqiqə var. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək”.

Meydançanın ot örtüyü ilə bağlı fikirlərini bildirən Q.Qurbanov belə halların olduğunu deyib. Onun sözlərinə görə, komanda ən yaxşısını etməyə çalışacaq: "Ola bilər ki, sürətli, daha baxımlı oyuna mane olsun. Ancaq əlimizə düşən şanslardan maksimum istifadə etməyə çalışacağıq. Başqa yolumuz yoxdur. Ola bilər ki, hər hansı dəyişiklik olsun. Çalışacağıq ki, ən yaxşısını edək. Oyuna gəldikdə isə əsas odur ki, ilk qolu vuraq. Ancaq daha vacib olan odur ki, qol buraxmayaq".

Qeyd edək ki, "Qarabağ" - "Seltik" qarşılaşması sabah saat 21:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.

Baxış sayı: 370