Hadisə
21.06.2015 / 00:31

70 yaşlı kişi kütləvi qətl törədib

70 yaşlı kişi kütləvi qətl törədib

Fransanın Kalvados departamentində 70 yaşlı kişi üç ailə üzvünü qətlə yetirib, sonra intihar edib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, qatil əvvəl həyat yoldaşını, sonra yaxınlıqda yaşayan qızı və nəvəsini öldürüb. Hadisə iyunun 19-da baş versə də, ölənlərin cəsədləri bu gün aşkar edilib. Hadisənin başvermə səbəbi və təfərrüatları araşdırılır.
İnform.az

Baxış sayı: 299