Texnologiya
04.08.2015 / 12:19

Kənd elektron ATS-ləri optik kabellə əvəzlənəcək

Kənd elektron ATS-ləri optik kabellə əvəzlənəcək

Regionlarda telefon şəbəkəsi üzrə kənd elektron ATS-lərinin birləşdirici xətlərinin fiber-optik kabellərlə təşkili layihəsi çərçivəsində ümumilikdə 100 km-dən artıq məsafədə fiber-optik kabel xətləri çəkilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, 15-dən artıq kənd EATS-nin şəbəkəyə rəqəmsal bağlantısı təmin edilib, 17 yeni EATS tikilib, 15 EATS-in tutumu artırılıb.

Lerik rayonunun Mistan, Almu və Peştətük yaşayış məntəqələrində, Astara rayonunun Şağlazüzə kəndində, Bərdə rayonunun Əliyanlı kəndində, Qax rayon mərkəzində müasir tipli stansiya avadanlığı quraşdırılaraq dövrəyə alınıb.

Ümumilikdə 20-dən artıq kənd EATS-nin xidmət ərazilərində informasiya texnologiyalarının inkişafı üçün zəruri infrastruktur yaradılıb.

İnform.az

Baxış sayı: 369