İqtisadiyyat
04.08.2015 / 11:33

ABŞ korporasiyası Uber-ə investisiya yatırıb

ABŞ korporasiyası Uber-ə investisiya yatırıb

ABŞ-ın Microsoft korporasiyası Uber xidmətinin maliyyələşdirilməsinin yeni raundunda iştirak edən şirkətlər sırasına daxil olub.

İnform.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, maliyyələşmənin yekunları üzrə taksi sifarişi servisinin dəyəri 50 milyard dollar qiymətləndirilib.

İyulun 31-də başa çatan investisiya sazişinə görə proqram təminatı istehsalçısı Uber servisinə 100 milyon dollar yatırıb. Servisə əvvəllər Baidu, The Times Group və Goldman Sachs kimi şirkətlər sərmayə qoyub.

Məlumat üçün qeyd edək ki, 2009-cu ildə yaradılan Uber şirkətinin mobil əlavəsi taksi və ya fərdi sürücüləri axtarmağa, sifariş və ödəniş etməyə imkan verir. 2014-cü ilin dekabrında şirkət 1,2 milyard dollarlıq investisiya cəlb edib və onun dəyəri 41 milyard dollar qiymətləndirilib.

İnform.az

Baxış sayı: 272