Gündəm, Şərhlər
04.08.2015 / 10:51

Güllə getmir, nişangah gəlir

Güllə getmir, nişangah gəlir


Əlisa NİCAT / İnform.az


Siz tüfənglə uzaqda olan hər hansı bir obyekti və ya adamı nişan alırsınız. Güllə açılır və həmin obyekt və ya şəxs yerə sərilir. Əslində mərmilər uçmur, daha doğrusu uçur, amma, irəli getmir. Nişan aldığınız obyekt və ya adam gülləyə tərəf gəlir, əlbəttə çox böyük sürətlə.

Bəs bu necə olur? Yer kürəsi müəyyən olunmuş ölçülərə görə saniyədə 30 km sürətlə fırlanır. Özü də həm öz oxu ətrafında, həm də Günəşin ətrafında. Əlbəttə, üstündəkilər də, hava da, atmosfer də onunla birlikdə uçur. Güllə isə, əks tərəfə açıldığından onun sürəti əlbəttə Yerin sürətindən qat-qat azdır. Lakin, Yerin sürətini və cazibəsini yara-yara gedir və onun bu hərəkəti Yerin hərəkət sürətinə yaxınlaşır. Yəni güllə, sanki havada dayanmış kimi olur. Nişangah isə, saniyədə 30 km sürətlə gülləyə tərəf gəlir. Güllə dayandığı Yer kürəsi və üstündəki nişan alınan obyekt isə ona tərəf uçub gəlir. Nəticədə, mərmi nişangaha çatana qədər müəyyən vaxt keçir. Əgər güllənin sürəti Yerin sürətinə bərabər və ya ondan artıq olarsa, güllənin açılması və dəyməsi arasında heç bir zaman olmaz. Yəni, bu dərəcədə kiçik zaman zərrəsi yoxdur.

Baxış sayı: 749