Mədəniyyət
04.08.2015 / 10:33

Əbülfəs Qarayev Dario Francesçini ilə görüşüb

Əbülfəs Qarayev  Dario Francesçini ilə görüşüb

Xəbər verdiyimiz kimi, İtaliyanın Milan şəhərində keçirilən “EXPO Milan 2015” sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib. Konfrans çərçivəsində mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyət və Turizm Naziri Dario Francesçini ilə görüşüb.
Görüş zamanı Azərbaycan Respublikası və İtaliya Respublikası arasında mədəni irs və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazir cənab Əbülfəs Qarayev konfransın əhəmiyyətini xüsusi vurğulayıb və 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu zamanı da bu mövzuların müzakirə ediləcəyini bildirib. Həmçinin nazir Əbülfəs Qarayev Dario Francesçini Forumda iştirak etməyə dəvət edib.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 387