Texnologiya
04.08.2015 / 10:04

Smartfondan nazik televizorlar

Smartfondan nazik televizorlar

Cənubi Koreyanın LG Electronics şirkəti OLED televizorların çeşidini genişləndirərək çox nazik modellər təqdim edib.

İnform.az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, yeni 55 düym ekran ölçüsünə malik OLED TV modellərinin qalınlığı 4,8 mm təşkil edir ki, bu da qalınlığı 6-7 millimetrə bərabər olan smartfonlardan nazikdir.

Hazırda ən nazik televizor istehsalçıları arasında liderlik uğrunda mübarizəyə Sony şirkəti də qoşulub. Belə ki, bu yaxınlarda Yaponiya istehsalçısı “Bravia” TV xəttinə qalınlığı 4,9 mm olan Ultra HD (4K) formatlı iki model əlavə edib.

Maraqlıdır ki, bu dəfə Samsung Electronics şirkəti kənarda qalmağa üstünlük verib. Bu Cənubi Koreya istehsalçısı kvant pikselli texnologiyanı (Quantum Dot, QD) tətbiq etməklə yaratdığı yüksək dəqiqlikli "SUHD” ekranlar 6-9 mm qalınlığa malik olmaqla LG Electronics və Sony modellərindən geri qalır.

DisplaySearch şirkətinin analitikləri bu yanaşmanı ağlabatan hesab edərək qeyd edirlər ki, istehlakçılar üçün televizorun qalınlığı həlledici üstünlük deyil. Ekspertlərin fikrincə, alıcılar yalnız ultranazik qalınlığa görə əlavə pul xərcləməyəcəklər, çünki televizor portativ qurğulara aid deyil.

İnform.az

Baxış sayı: 451