Maraqlı
03.08.2015 / 19:00

Alimlər beyni uzaqdan idarə edəcək

Alimlər beyni uzaqdan idarə edəcək

İnform.az Atv.az-a istinadən xəbər verir ki, amerikalı alimlər inkişaf etdirdikləri bir implant sayəsində siçanların hərəkətlərini uzaqdan idarə edərək nəzarəti ələ alıb.

Washington Universiteti beynin dərinliklərindəki neyronların quruluşunu və hərəkətini anlamaq üçün dərmanları birbaşa toxumaya yerləşdirərək uzaqdan idarə edərək nəzarət edən beyin implantı hazırlayıb.

Laboratoriyada sınaqdan keçirilən implantlar siçanlarının beyinlərinə yerləşdirilib. Sınaq uğurlu alınıb. Siçanları uzqdan idarə etmək mümkün olub. Gələcəyin tibb elmi üçün çox əhəmiyyətli irəliləyiş olan ixtira "Journal Cell" jurnalında nümayiş olunub. Bu ixtiranın sayəsində gələcəkdə ağrı, depressiya, dərman asılılığı kimi narahatlıqların qarşısı alınacaq. Mayenin işıqla ötürülməsini təmin edən texnologiyanın istifadə edildiyi araşdırmada, insan saçının həcminin onda biri kiçikliyində bir implant hazırlanıb..

Bu qədər kiçik cihazlar gələcəkdə , alimlərə və tibbə çox böyük bir töhvələr verəcək.

Baxış sayı: 400