İdman
03.08.2015 / 15:59

“Bakıdakı bir həftəni unutmayacam”

“Bakıdakı bir həftəni unutmayacam”

Rusiyalı tennisçi Marqarita Qasparyan bəyan edib ki, Bakıda fərdi və cütlükdə qalibi olduğu turnirin keçirildiyi bir həftəni heç bir zaman unutmayacaq:
"Bu, heyrətamizdir. Mənim hər şey xoşuma gəldi, gözəl atmosfer var idi. Məni dəstəkləyən və mənim üçün narahat olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Bakıda çox gözəl turnir keçirildi. Ötən bu həftəni həmişəlik yadımda saxlayacam", - Qasparyan deyib.

Xatırladaq ki, Bakıda WTA turnirində Qasparyan rumıniyalı Patrisiy-Mariya Tiqi fərdi yarışda məğlub edib, sonra isə Aleksandra Panova ilə duetdə çıxış edərək qalib olublar.


Mədinə ABBASOVA / İnform.az

Baxış sayı: 179