Sosial
03.08.2015 / 14:53

Bakıdan Sumqayıta rahat gediş

Bakıdan Sumqayıta rahat gediş

Bakı və Sumqayıt arasında açılacaq dəmiryol xətti üzrə gediş haqqı bu marşruta görə hazırkı gediş haqqından ucuz olacaq. Bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, hesablamalara görə, hazırda insanlar Bakıdan Sumqayıta getmək üçün təqribən 1,2 manat sərf edir: “Bakı-Sumqayıt marşrutu üzrə birbaşa sürət qatarı işə düşəndən sonra gediş haqqı daha ucuz olacaq”.

C.Qurbanov qeyd edib ki, ilkin mərhələdə marşrutdan təqribən 20-30 min nəfər istifadə edə biləcək: “Gələcəkdə bu göstəricinin 100 mini ötəcəyi gözlənilir”.

Onun sözlərinə görə, dəmiryolun açılışı sentyabrın 15-dən gec olmayacaq.

İnform.az

Baxış sayı: 341