İqtisadiyyat
03.08.2015 / 11:43

Qazaxıstandan 10 teplovoz alınacaq

Qazaxıstandan 10 teplovoz alınacaq

Bu gün Azərbaycan və Qazaxıstan arasında yeni yük teplovozların alınmasına dair müqavilə imzalanacaq. "Report"un məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.
C.Qurbanov qeyd edib ki, bu, müstəqil Azərbaycanın tarixində ilk analoji müqavilədir. Belə ki, yük qatarları üçün nəzərdə tutulan bu teplovozlar Qazaxıstan-ABŞ birgə istehsalıdır. Müqavilə sayəsində Azərbaycan 10 yük qatarı alacaq.
C.Qurbanov əlavə edib ki, yaxın vaxtlarda Fransanın "Altsom" şirkətindən 50 ədəd elektrovoz alınması planlaşdırılır.

İnform.az

Baxış sayı: 284