Hüquq
03.08.2015 / 09:29

Argentinalı hüquqşünas Bakıda

Argentinalı hüquqşünas Bakıda

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində avqustun 19-da "Malvin/Folklend adaları ətrafında mübahisə və beynəlxalq hüquq" mövzusunda tədbir keçiriləcək.
Verilən məlumata görə, tədbirdə argentinalı hüquqşünas, Beynəlxalq Hüquq İnstitutunun üzvü, eləcə də Cenevrədə yerləşən Beynəlxalq və İnkişaf üzrə Tədqiqatlar İnstitutunun professoru Marselo Kohen çıxış edəcək.

Məruzədə suverenlik ilə bağlı mübahisə doğuran iddialar və bu baxımdan dekolonizasiya kontekstində tətbiq edilən müvafiq qaydalar, o cümlədən ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri müzakirə ediləcəkdir. Eləcə də beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsində dövlətlərin üzərinə düşən öhdəliklər nəzərdən keçiriləcək.

İnform.az

Baxış sayı: 383