Dünya
03.08.2015 / 04:25

Meksikada fotojurnalist qətlə yetirilib

Meksikada fotojurnalist qətlə yetirilib

Meksikada bir jurnalis və dörd mülki şəxs qətlə yetirilib. İnform.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Ruben Espinosa adlı bir jurnalistin meyidi digər 4 nəfərin cəsədi ilə birlikdə Mexiko şəhərindəki bir mənzildə aşkar edilib.

Espinosa fəaliyyəti zamanı əsasən Meksikada sosial etirazlar barədə məlumat verib.

Meksikada, 2007-ci ildənbu günə kimi 50-dən çox media nümayəndəsi qətlə yetirilib.

Qeyd edək ki, "Sərhədsiz reportyorlar" adlı təşkilatın bu yaxınlarda açıladığı reytinq sıralamasında Mexsika Dünya Mətbuat Azadlığı indeksinə görə 180 ölkə arasında 148 yerdədir.
Təbriz İslam / İnform.az

Baxış sayı: 329