Dünya
02.08.2015 / 15:28

Rusiyada hərbi helikopter qəzaya uğradı

Rusiyada hərbi helikopter qəzaya uğradı

Pilotlardan biri öldü

Rusiyanın Ryazan vilayətində Mi-28N tipli hərbi helikopter qəzaya uğrayıb.
"Dubroviçi" hərbi poliqonunun səmasında alçaqdan və hündürdən dövrə vuran helikopter yüksək pilotaj nümayiş etdirərkən gözlənilmədən düşməyə başlayıb. Pilotlardan birisi vaxtında helikopteri tərk edə bilməyərək həlak olub.
Yanğın qısa müddətdə söndürülüb.
Hazırda baş vermiş hadisə ilə bağlı araşdırmalar aparılır.
İnform.az

Baxış sayı: 291