Texnologiya
20.06.2015 / 13:40

Adam kimi robot

Adam kimi robot

İnform.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, Yaponiyanın “Softbank Corp.” şirkəti insan emosiyalarını anlayan “Pepper” robotlarının hamısını bir dəqiqəyə satıb. Şirkət hazırda əlavə sifarişlər qəbul etməyə hazır olmadığını açıqlayıb.

214 min yen (1,7 min dollar) qiymətinə olan insanabənzər robotlar üçün onlayn sifarişlərə şirkət yerli vaxtla 10:00-da başlayıb. Satışa çıxarılan qurğuların ilk partiyası 1000 ədəd təşkil edib.

İstehsalçı nümayəndələrinin sözlərinə görə, robot çoxlu kamera və ötürücülərlə təchiz edilib. Bu, ona insan emosiyalarının bütün spektrini - sevinc, kədər, qorxu, həyəcan, əsəb hisslərini müəyyən etməyə imkan verir. Vəziyyətdən asılı olaraq “Pepper” zarafata cavab olaraq gülə və ya sahibini sakitləşdirə bilər.

“Robot şərait və insanın üz ifadəsindən asılı olaraq müxtəlif vəziyyətə düşməyə qadirdir. O, insanı ruhlandıra, özünü fəal apara, bəzən isə tənhalıq hiss edə bilər”, - "Softbank” prezidenti Son Masayesi deyib - “TASS” yazır.

Baxış sayı: 532