Hüquq
01.08.2015 / 18:34

336 məhkuma şəxsiyyət vəsiqəsi verilib

336 məhkuma şəxsiyyət vəsiqəsi verilib

Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, növbəti belə tədbir Baş İdarənin və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşlarının iştirakı ilə cəzaçəkmə müəssisələrində baş tutub. Cəza çəkən, şəxsiyyət vəsiqəsi olmayan 336 məhkum şəxsiyyət vəsiqəsi ilə təmin olunub.

İnform.az

Baxış sayı: 401