Mənim polisim, Hüquq
06.01.2020 / 14:45

Avtomobildən və üzərlərindən narkotik vasitə aşkar olundu

Avtomobildən və üzərlərindən narkotik vasitə aşkar olunduHacıqabul Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Nuriyev,Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Kamal Xəlilov və Razi Cəfərov saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan İnform.az-a verilən məlumata görə, Razi Cəfərovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman ümumi çəkisi 325,6 qram olan qurudulmuş marixuana, Elçin Nuriyevin üzərindən ümumi çəkisi 21 qram və Kamal Xəlilovun üzərindən ümumi çəkisi 19 qram olan tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.


İnform.az

Baxış sayı: 51