Sosial
06.12.2019 / 12:30

Övladlığagötürmə ilə bağlı Qaydalar layihəsi ictimai müzakirəyə çıxarıldı

Övladlığagötürmə ilə bağlı Qaydalar layihəsi ictimai müzakirəyə çıxarıldıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları” layihəsi ictimai müzakirənin təmin edilməsi məqsədilə nazirliyin sosial.gov.az saytında yerləşdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi​ndən İnform.az-a verilən məlumata görə, vətəndaş cəmiyyəti instituları, mütəxəssis və ekspertlər, ayrı-ayrı vətəndaşlar http://sosial.gov.az/uploads/images/image_750x_5ddf6750e85de.pdf linkinə daxil olaraq layihə ilə tanış ola, rəy, irad və təkliflərini ogss@sosial.gov.az ünvanına göndərə bilərlər.




İnform.az

Baxış sayı: 198