Mədəniyyət
01.08.2015 / 14:42

Əbülfəs Qarayev beynəlxalq konfransa qatılıb

Əbülfəs Qarayev beynəlxalq konfransa qatılıb

İtaliyada keçirilən “EXPO Milan 2015” sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfrans təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə nazir Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Açılış mərasiminə İtaliyanın baş naziri Matteo Renzi, UNESCO-nun baş direktoru İrina Bokova, İtaliyanın mədəni irs, fəaliyyət və turizm naziri Dario Francesçini, 70-dən çox ölkədən mədəniyyət nazirləri və nümayəndə heyətləri qatılıb.

İnform.az

Baxış sayı: 351