Gündəm, Din
06.12.2019 / 10:20

Astara rayonunda maarifləndirici tədbir keçirilib/ FOTO

Astara rayonunda maarifləndirici tədbir  keçirilib/
Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Astara rayonunda maarifləndirici tədbir keçirilib.

Bu barədə İnform.az-a şöbədən məlumat verilib.

Məlumata görə, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Turan Həsənzadə, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli və din xadimləri iştirak edib.

Çıxışlar zamanı ölkəmizdə mövcud olan dövlət-din münasibətlərinin nümunəviliyindən, tolerant və multikultural dəyərlərdən bəhs edilib. Vurğulanıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri sağlam prinsiplərə söykənir.

Din xadimlərinin bu prinsiplər əsasında fəaliyyət göstərmələri, habelə gənclər arasında mənəvi dəyərlərimizin təbliğ edilməsi məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Sosial şəbəkələrdə milli maraqların müdafiəsində din xadimlərinin üzərinə mühüm vəzifələr düşdüyü diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Astara rayonunda maarifləndirici tədbir  keçirilib/

Astara rayonunda maarifləndirici tədbir  keçirilib/




İnform.az



Baxış sayı: 163