Baş xəbər, Sosial
05.12.2019 / 23:45

"Özəl şirkətlər könüllüləri işə cəlb etməlidirlər"- İlham Əliyev

"Özəl şirkətlər könüllüləri işə cəlb etməlidirlər"-
"Gənclərimiz xalqımızın əsrlərboyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar".

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda "Asan həyat" kompleksinin açılışında kompleksin əməkdaşları ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib: "Xalqımıza xas olan, əsrlərboyu yaşatdığımız milli-mənəvi dəyərlər də bu prinsiplər üzərində qurulubdur. Mən bu barədə dəfələrlə demişəm ki, bizim gənclərimiz xalqımızın əsrlərboyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar, necə ki, biz qoruyuruq. Məhz o təqdirdə biz öz milli mənliyimizi, ləyaqətimizi saxlaya bilərik, qoruya bilərik. Hansısa başqa bir mühitdə əriməyəcəyik. Ona görə xalqımıza xas olan xüsusiyyətlər könüllülər hərəkatı ilə üst-üstə düşür. Artıq minlərlə, bəlkə də on minlərlə könüllümüz var. Mən onu da bildirməliyəm, nisbətən bu yaxınlarda göstəriş vermişdim ki, dövlət orqanlarında da könüllülər fəaliyyətə başlasın, oraya cəlb olunsunlar. Artıq nazirliklərdə, dövlət şirkətlərində könüllülər qrupları vardır. Özəl şirkətlər könüllüləri işə cəlb etməlidirlər. Çünki bu, həm onlara xeyir gətirəcək, həm ümumi işimizə töhfə verəcəkdir. Ona görə könüllülər qarşısında hesab edirəm ki, bütün imkanlar açıqdır".


İnform.az

Baxış sayı: 53