Diaspora Akademiyası
04.12.2019 / 12:00

Qırğızstan və Azərbaycan prezidentlərinin ikitərəfli görüşünün nəticələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib/ FOTO

Qırğızstan və Azərbaycan prezidentlərinin ikitərəfli görüşünün nəticələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib/
Dekabrın 3-də Azərbaycanın Qırğızıstanda səfiri Hidayət Orucov bu ölkənin xarici işlər naziri Çingiz Aydarbekovla görüşüb.

Bu barədə İnform.az-a səfirlikdən məlumat verilib.

Məlumata görə, bu il oktyabr ayının 14-də Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin Qırğızıstan Respublikasının Prezidenti Zati-Aliləri cənab Sooronbay Jeenbekovla Bakı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci iclası çərçivəsində, keçirdiyi ikitərəfli görüşünün nəticələrinin icrası məsələləri müzakirə edilib.

Qeyd olunmuşdur ki, ölkələrimiz arasında bütün sahələrdə iş birliyinin gücləndirilməsi dövlət başçılarımızın perspektivli siyasətinin prioritet istiqamətlərindədir. Dövlət başçılarımızın görüşündəı razılaşdırımış məsələlərin icrası ilə bağlı geniş müzakirə aparılıb.

Görüşün əvvəlində nazir Ç.Aidarbekov Qırğız Respublikasında diplomatik korpusun duayeni cənab Hidayət Orucovun Qırğızıstan-Azərbaycan əlaqələrinin inkişafında və möhkəmlənməsində əhəmiyyətli rolunu qeyd edərək, ona “Qırğız Respublikası Xarici İşlər Nazirliyinin 75 illiyi (1944-2019)” yubiley medalını təqdim edib.

Qeyd edək ki, bu mükafata Qırğız Respublikasının diplomatik korpusundan yalnız səfir Hidayət Orucov layiq görülüb.
Qırğızstan və Azərbaycan prezidentlərinin ikitərəfli görüşünün nəticələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib/



İnform.az

Baxış sayı: 241