Türk dünyası, Baş xəbər
02.12.2019 / 02:45

Ərdoğanla Ursula Von Der Leyen arasında telefon danışığı olub

Ərdoğanla Ursula Von Der Leyen arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqı (Aİ) Komissiyasının Prezidenti Ursula Von Der Leyenlə telefon danışığı olub.

APA-nın yerli bürosunun Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən verdiyi xəbərə görə, telefon söhbətində mövzu Türkiyənin Avropa İttifaqına üzvlük məsələsi və Suriya problemi olub.

Ursula Von Der Leyenin vəzifəyə başladığı ilk gündə baş tutan telefon söhbətində Türkiyə və Avropa İttifaqı arasındakı 18 mart 2016-ci il müqaviləsi çərçivəsində Türkiyədəki suriyalılara dəstək verilməsi, Türkiyə tərəfindən Suriyanın şimalında yaradılan təhlükəsiz bölgəyə suriyalıların könüllü göndərilməsi məsələsi müzakirə olunub.

Qeyd edək ki, Ursula Von Der Leyen Aİ Komissiyasının prezidenti vəzifəsinə seçilən ilk qadındır. O, bu posta cari ilin iyulunda seşilib. Qurumun əvvəlki rəhbəri Jan-Klod Yunker oktyabrın 31-də vəzifədən getdikdən sonra, Ursula Von Der Leyen yeni vəzifəsinin icrasına başlayıb.


İnform.az

Baxış sayı: 103