Dünya
02.12.2019 / 00:05

Minə yaxın insan işıqsız qalıb - Fransada

Minə yaxın insan işıqsız qalıb -
Güclü yağışlar Fransanın Dənizkənarı Alplar departamentində elektrik enerjisinin kəsilməsinə səbəb olub.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, bu barədə "France Info" radiostansiyası bildirib.

Məlumata əsasən, ümumilikdə minə yaxın insan işıqsız qalıb, lakin yenə də güclü yağışlar davam edir və yeni problemlərə səbəb olur.

Météo-France meteoroloji xidmətinin verdiyi məlumata görə, 12 saat ərzində cənub-şərqdəki bəzi rayonlarda 120 mm-ə qədər yağıntılar qeydə alınıb.


İnform.az

Baxış sayı: 108