Türk dünyası, Baş xəbər
02.12.2019 / 00:00

"Gözlə bizi, can Azərbaycan"- Binəli Yıldırım

"Gözlə bizi, can Azərbaycan"-
Bildiyimiz kimi, AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanan Türkiyə yığması püşkatmanın nəticəsinə əsasən iki oyununu Bakıda keçirəcək.

İnform.az axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Binəli Yıldırım şəxsi Tvitter mikrobloqunda paylaşım edib.

"İtaliya, İsveçrə və Uels qarşısında "ay-ulduzlular"ımıza uğurlar diləyirəm. İki matçımızı Bakıda oynamaq üçün səbirsizlənirəm. Gözlə bizi, can Azərbaycan", - deyə sabiq baş nazir paylaşımda qeyd edib.

Qeyd edək ki, Türkiyə - Uels matçı 17 iyun tarixində, İsveçrə - Türkiyə qarşılaşması isə ondan 4 gün sonra baş tutacaq.


İnform.az

Baxış sayı: 113