Elm-təhsil
08.11.2019 / 19:00

“BAYRAQDAR” Milli İntellektual oyunu keçirilib/ VİDEO

“BAYRAQDAR” Milli İntellektual oyunu keçirilib/
Dünən Lənkəran şəhərində 9 noyabr-Dövlət Bayrağı günü münasibətilə “BAYRAQDAR” Milli İntellektual oyunu keçirildi.

Bu barədə İnform.az-a Lənkəran Şəhər Gənclər və İdman İdarəsindən məlumat verilib.

Məlumata görə, Heydər Əliyev adına xatirə parkında Lənkəran gənclərinin iştirakı ilə 09 Noyabr-Dövlət Bayrağı günü münasibətilə “BAYRAQDAR” Milli İntellektual oyunu üzrə gənclər arasında Birincilik keçirilib.

Birincilik Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Birinciliyin keçirilməsi Azərbaycan Respublikasının Dövlət Bayrağının əhəmiyyətini yeniyetmə və gənclər arasında təbliğ etmək,gəncləri dövlət bayrağına hörmət ruhunda tərbiyə etmək məqsədi daşıyır.

Tədbirdə müxtəlif orta ümumtəhsil,orta ixtisas və ali təhsil müəssisələrinin komandaları iştirak ediblər.

Tədbirdə kiçikyaşlı uşaqlar,yeniyetmə və gənclər müxtəlif rəqs nümunələri göstərmiş, Azərbaycan Respublikasının Dövlət bayrağına öz ehtiram və sevgisini ifa edərək dövlət bayrağını fərəh hissi ilə başları üzərində dalğalandırıblar.

Birincilikdə ümumilikdə 11 komdanda mübarizə apırıb və səsləndirilən suallar Azərbaycan Respublikasının Dövlət Bayrağına və müxtəlif vaxtlarda Azərbaycan dövlətçilik tarixində mühüm rol oynayan dövlətlərin və xarici dövlətlərin dövlət bayraqları haqqında tərtib edilib.

Sonda qalib gələn komandalar “BAYRAQDAR” Milli İntellektual oyununun kuboku və diplomlarla təltif olunublar.




İnform.az


Baxış sayı: 30