Texnologiya
09.11.2019 / 13:30

"Marsda yerləşmək üçün 1000 kosmik gəmi lazımdır"- Mask

"Marsda yerləşmək üçün 1000 kosmik gəmi lazımdır"-
"Marsın müstəmləkəyə çevrilməsi üçün 1000-ə yaxın “Starşip” kosmik gəmisinə ehtiyac duyulacaq".

İnform.az axar.az-a istinadən bildirir ki, bu sözləri öz Tvitter səhifəsində “SpeysX”in rəhbəri İlon Mask paylaşıb. O bu qədər gəminin Marsda məskunlaşma yaratmaq üçün gərəkli olduğunu deyib.

Mask Marsa milyon tondan çox resurs və qurğunun göndəriləcəyini söyləyib. Belə ki, Marsa hər raket buraxılışının “SpeysX”ə 2 milyon dollara başa gələcəyi və yüklərin daşınmasının təxminən 20 il vaxt aparacağını vurğulayıb.


İnform.az

Baxış sayı: 76