Baş xəbər, Hüquq
09.11.2019 / 11:30

"17 cinayətin üstü “isti izlər”lə açılıb"- DİN-nin MƏLUMATI

"17 cinayətin üstü “isti izlər”lə açılıb"-2019-cu il noyabr ayının 8-dən 9-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilib, 17 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.


İnform.az

Baxış sayı: 41