Elm-təhsil
08.11.2019 / 20:30

Məryəm Seyidbəyli Sankt-Peterburqda beynəlxalq elmi konfransda iştirak edib/ FOTO

Məryəm Seyidbəyli Sankt-Peterburqda beynəlxalq elmi konfransda iştirak edib/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli Rusiya Elmlər Akademiyasının (REA) S.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya üzrə fəlsəfə doktoru Nadejda Aşeulovanın dəvəti ilə Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olub.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Sankt-Peterburqda “Elmi Peterburq Rusiya Elmlər Akademiyasının 295 illiyinə doğru” 40-cı beynəlxalq illik elmi konfransda iştirak edən İnstitut direktoru «Sankt-Peterburq aliminin Azərbaycan səhiyyəsinin inkişafında rolu» adlı məruzəsini təqdim edib.

Qeyd edək ki, beş gün davam edən konfransa Rusiya Federasiyasının müxtəlif bölgələrindən, MDB-dən və dünyanın digər ölkələrindən qatılan alimlər müxtəlif elmlərin tarixinə dair məruzələr səsləndiriblər.

Səfər çərçivəsində M.Seyidbəylirusiyalı alimlər – Nadejda Aşeulova, Yuri Baturin, o cümlədənUkrayna və Belarusdan olan elm xadimləri ilə görüşüb.

Görüşlərdə qarşılıqlı maraq kəsb edən ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib. M.Seyidbəyli AMEA və Rusiya Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələrinin birgə həyata keçirdiyi layihələr, imzalanmış ikitərəfli müqavilələr barədə məlumat verib.

Daha sonra azərbaycanlı alim xarici həmkarları ilə Sankt-Peterburq Dağlıq Universitetini, Şərqşünaslıq muzeyini ziyarət edib.

Məryəm Seyidbəyli Sankt-Peterburqda beynəlxalq elmi konfransda iştirak edib/

Məryəm Seyidbəyli Sankt-Peterburqda beynəlxalq elmi konfransda iştirak edib/

Məryəm Seyidbəyli Sankt-Peterburqda beynəlxalq elmi konfransda iştirak edib/

Məryəm Seyidbəyli Sankt-Peterburqda beynəlxalq elmi konfransda iştirak edib/

Məryəm Seyidbəyli Sankt-Peterburqda beynəlxalq elmi konfransda iştirak edib/



İnform.az

Baxış sayı: 138