Baş xəbər, İdman
09.11.2019 / 10:15

Azərbaycan "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına 6-cı lisenziyanı qazanıb

Azərbaycan "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına 6-cı lisenziyanı qazanıb
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində para atletika üzrə dünya çempionatı davam edir.

Komitənin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, yarışların ikinci günündə Azərbaycan paralimpiyaçısı Samir Nəbiyev F57 kateqoriyasında nüvə itələmə yarışında 14.06 m nəticə göstərərək dördüncü yerə sahib olub.

Bu yarışlarda ilk dördlüyə düşən idmançılar "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanır. İdmançımız ilk dördlüyə düşdüyünə görə Tokio paralimpiyadasına lisenziyanı təmin edib.

Beləliklə "Tokio 2020" üçün qazanılmış lisenziyalarımızın sayı 6-ya yüksəlib.

Qeyd edək ki, Dünya Çempionatı noyabrın 15-ə qədər davam edəcək. Növbəti günlərdə digər idmançılarımız da yarışlara qatılacaqlar.


İnform.az

Baxış sayı: 162