Elm-təhsil
09.11.2019 / 10:10

Lahıcdakı Bədöyün məscidində başlanan arxeoloji tədqiqatlar davam edir/ FOTO

Lahıcdakı Bədöyün məscidində başlanan arxeoloji tədqiqatlar davam edir/
Bu ilin noyabrın 1-dən Azərbaycan Respublikasının Dövlət Turizm Ağentliyinin maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyası Lahıc qoruğu ərazisində, Bədöyün məscıdində arxeoloji tədqiqat işlərinə başlayıb.

Bu barədə İnform.az-a İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, noyabrın 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Lahıca səfər edib.

Lahıclılarla görüş zamanı qəsəbənin ağbirçək sakini Püstə Əliyeva Mehriban xanıma Bədöyün məscidinin acınacaqlı vəziyyətdə olması haqqında məlumat verib.

Məscidi ziyarət edən Birinci xanım abidənin dərhal təmir edilməsi haqqında tapşırıq verib.

Azərbaycan Respublikasının Dövlət Turizm Ağentliyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış memoranduma əsasən abidədə təmirdən əvvəl arxeoloji tədqiqat işlərinin aparılması qərarlaşdırılıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyasının rəisi t.ü.f.d. Akif Quliyevin məlumatına görə, Bədöyün məscidində aparılan araşdırmalar abidənin tikilmə tarixi, ilkin memarlığı və s. məsələlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Turizm Ağentliyinin reyestrinin qeydiyyat nömrəsinə (İnv.№ 4381) görə abidə 1791-ci ildə inşa edilib.

Abidənin üzərində 8 kitabə mövcuddur. Bunların yeddisi ərəb dilində, biri isə ərəb qrafikası ilə Azərbaycan dilindədir. İki kitabədə əks olunmuş dini hədis mətnlərindən sonra, hicri1295-ci il (1878-ci il) və hicri1323-ci (1905-ci il) tarixləri qeyd edilib.

Lahıcdakı Bədöyün məscidində başlanan arxeoloji tədqiqatlar davam edir/

Lahıcdakı Bədöyün məscidində başlanan arxeoloji tədqiqatlar davam edir/

Lahıcdakı Bədöyün məscidində başlanan arxeoloji tədqiqatlar davam edir/

Lahıcdakı Bədöyün məscidində başlanan arxeoloji tədqiqatlar davam edir/

Lahıcdakı Bədöyün məscidində başlanan arxeoloji tədqiqatlar davam edir/



İnform.az




Baxış sayı: 65