Dünya
06.11.2019 / 03:00

Meksika prezidenti mormonların qətli ilə bağlı Trampa zəng edib

Meksika prezidenti mormonların qətli ilə bağlı Trampa zəng edib
Meksika prezidenti Andres Manuel Lopez Obradorla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

İnform.az “Report” un məlumatına istinadən bildirir ki, tərəflər Meksikada naməlum şəxslər tərəfindən Amerika vətəndaşlarının qətlini müzakirə ediblər.

“Mənə kömək etmək istədiyi üçün Trampa təşəkkür etdim və Meksika səlahiyyətlilərinin ədalətin təmin edilməsi üçün çalışdıqlarını bildirdim” - Obrador özünün "Twitter"dəki səhifəsində yazıb.

Qeyd edək ki, Meksikada Çiuaua və Sonora ştatında etno-dini qrup olan mormonlara hücum edilib. Hücum nəticəsində 9 nəfər qətlə yetirilib, 8 nəfər isə girov götürülüb. Öldürülənlərdən 6-sı uşaq olub.



İnform.az

Baxış sayı: 48