Dünya
06.11.2019 / 02:00

İran uranı 5%-ə qədər zənginləşdirməyə başlayacaq

İran uranı 5%-ə qədər zənginləşdirməyə başlayacaq"İran tərəfi noyabrın 6-dan Fordodakı obyektdə uranın 5%-ə qədər zənginləşdirilməsinə başlayacaq.

İnform.az Trend-in məllumatına istinadən bildirir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

Təşkilatın rəhbəri deyib: "Sabahdan etibarən Fordodakı müəssisədə uranı 5% -ə qədər zənginləşdirəcəyik".

Salehi əlavə edib ki, nüvə sazişinin bağlanmasından əvvəl İran Fordoda uranı 20% -ə qədər zənginləşdirdi: "Bu gün 20%-ə qədər zənginləşdirilmiş kifayət qədər uran ehtiyatımız var".

O, həmçinin urandan əlavə, Fordoda sabit izotopların da zənginləşdiriləcəyini deyib.


İnform.az

Baxış sayı: 36