Dünya
20.06.2015 / 12:17

Putindən Əsədə dəstək

Putindən Əsədə dəstək

Rusiya dövlət başçısı Vladimir Putin Rusiyanın Suriya lideri Bəşər Əsədə dəstək verdiyini bir daha təsdiq edib.

İnform.az-ın Almaniyanın Deutsche Welle saytına istinadən verdiyi məlumata görə, Rusiya Dövlət Başçısı Vladimir Putin Peterburqdakı bir konfransda etdiyi çıxış zamanı Suriya liderinə dəstək verdiyini bir daha dilə gətirib. Putin, Suriyadakı qarşıdurmaların qarşısını almaq üçün xaricdən edilən müdaxiləyə qarşı çıxdığını da bildirib.

Vladimir Putin həmçinin qeyd edib ki, Rusiya Suriyadakı qarşıdurmaların daha da pisləşəcəyindən və bu ölkənin də Liviyanın aqibətini yaşayacağından narahatdır.


Təbriz İslam / İnform.az

Baxış sayı: 466