Ədəbiyyat
06.11.2019 / 00:00

Gənc şairin şeir ÇƏLƏNGİ

Gənc şairin şeir


DOSYE:

Əyyub Məmmədov 1988-ci ildə Lənkəran şəhərində anadan olub.

Texnologiya müəllimi ixtisası üzrə təhsil alsa da, 2008-ci ildən jurnalistika sahəsində çalışır.

Televiziya sahəsində 1000-dən çox reportajı efirlərdə yayımlanıb.

2012-2014-cü illərdə Azərbaycan Televiziyasının efirində yayımlanan “Müasir Azərbaycan gənci” verilişinin cənub bölgəsi üzrə müxbiri vəzifəsində çalışıb.

Əyyub Məmmədovun imzası artıq dövrü mətbuatda oxuculara tanışdır. Onun “Azərbaycanın cənub rayonu Lənkəran inkişaf mərhələsində” adlı məqaləsi İndoneziyanın nüfuzlu “Medan” qəzetində dərc olunub.

Hazırda “Cənub ARB” televiziyasında baş koordinator və teleaparıcı-jurnalist vəzifəsində çalşır.

Əyyub Məmmədovun şeirlərindən bəzilərini təqdim edirik:

Şəhriyar

Bir dahi uyuyur qonşu torpaqda,
Adı Şəhriyardı, özü dəryadır.
Sözü, kəlməsi dürri-yektadır,
Amalı türk olan bir bəxtiyardır.

Bir görmək istədi, öz millətini
Çəkdi daxilində acı zilləti.
Qəlbi bu eşqlə hey çırpınırdı,
Gözündə qor kimi şimşək çaxırdı.

Yanıb odlanırdı,sözdə, sətirdə,
Bir xalq, dövlət,torpaq üstündə.
Vahid birliklə, ulu vəhdətlə,
Şamtək əriyirdi şeir,qəzəldə.

Azadlıq məlhəmin çəkib yaraya,
Vətən nisgilinə dərman edirdi.
O taylı-bu taylı doğma elinə,
Ürəyi qubarlı salam deyirdi.

Heydərbaba onsuz qalıb gileyli,
Öz elində olub indi yadelli.
Sarıbaba düşüb xeyli aralı,
Səsi gəlmir, qəlbi olub yaralı.

Neçə əsər yazılıbdır şəninə,
Mahnı qoşub, söz deyiblər şeirinə.
Adı düşmür cavan, qoca dilindən,
Öyrənirlər daim onu dərindən.


Gecikirsən, ay ürək

Arzuları bir-bir gerçək etməyə,
Vaxt azalıb, gecikirsən, ay ürək.
Bu həyatda əməl qoyub getməyə,
Gecikirsən, bir az tələs ay ürək.

Çoxdandır heç yoxlamırsan özünü,
Bəlkə sağlam, bəlkə xəstəsən bilək.
Deyirdinki, qəm bağlayıb üzünü,
Gecikirsən, sil dərdini ay ürək.

Hiss edirəm içində bir boşluq var,
Vaxt ötsə də dola bilmir bu ürək.
Çox sakitsən bшlirəmki, sözün var,
Töküb, boşalt öz içini ay ürək.

Pünhan tutmusan neçə sirrini,
Bilirəm vəfada tayın yox ürək.
Hərçənd bilməsələr bəzən qədrini,
Gecikirsən, üsyan elə, ay ürək.

Əvvəlki tək zövq almaqda acizsən,
Əl-qolunu itirmiş bir əlilsən.
Son mənzilin uzaq deyil bilirsən,
Gecikirsən, aman yoxdur, ay ürək.


Alov kimi

Bu bahar da payız kimi,
Sarı, qırmızı keçdi...
Yaşıllığı görmədim,
Ya da gördüm, hiss etmədim.
Çoxdandı fəsilləri
Yaman qarışdırmışam.
Bircə sən qarışmırsan
Beynimə qoyduğum kimi,
Yerində dayanmısan.
Dünən küləklə qar,
Yaman çovğun yaratdı.
Bütün cismim üşüdü,
Təkcə başımdan başqa.
Orda elə qalmısan,
İsti daş kömür kimi.
Məni yaman qızdırır,
Xəyalın alov kimi...


İnform.az

Baxış sayı: 490