Sosial
04.11.2019 / 19:30

Azərbaycan və AYİB arasında ətraf mühit üzrə əməkdaşlıq istiqamətləri müzakirə olunub

Azərbaycan və AYİB arasında ətraf mühit üzrə əməkdaşlıq istiqamətləri müzakirə olunub
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Mateo Patronenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və AYİB arasında ətraf mühit üzrə əməkdaşlıq istiqamətləri və gələcək planlar müzakirə olunub.


İnform.az

Baxış sayı: 41