Baş xəbər, İdman
04.11.2019 / 20:00

KİV nümayəndələrinin NƏZƏRİNƏ!

KİV nümayəndələrinin 13 noyabr 2019-cu il tarixində Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş “Yenilməzlər” adlı Beynəlxalq Qala Təqdimat keçiriləcək.

Komitənin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə,paralimpiyaçıların həyat hekayələrinin bədii çalarlarla səhnələşdirildiyi bu tədbir Heydər Əliyev fondu və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə dövlət və hökumət nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, iş adamları və beynəlxalq səviyyədə paralimpiya hərəkatının inkişafına töhfə vermiş insanlar iştirak edəcək.

14 Noyabr 2019-cu il tarixdə isə ölkəmizdə sayca beşinci Uşaq Paralimpiya Oyunları baş tutacaq. Respublikanın müxtəlif regionlarından yüzlərlə paralimpiyaçı uşaqlar həmin oyunlarda iştirak edəcəklər. Ənənəvi olaraq Gürcüstanın da uşaq paralimpiya komandası bu yarışa qatılacaq.

6 Noyabr 2019-cu il tarixində Milli Paralimpiya Komitəsinin (MPK) ofisində tədbirlə bağlı mətbuat konfransı təşkil olunacaq.

Mətbuat konfransında “Yenilməzlər” Beynəlxalq Qala Təqdimatı və V Uşaq Paralimpiya oyunları haqqında ətraflı məlumat veriləcək, həmçinin jurnalistlərin sualları cavablandırılacaq.

Tarix: 6 Noyabr 2019-cu il, saat 12:00
Ünvan: Bakı şəhəri, Ceyhun Hacıbəyli 110,
Əlaqədar şəxs: Teymur Hacıyev
Telefon: 055 207 57 57, 012 441 28 81 (daxili nömrə 110)



İnform.az

Baxış sayı: 79