Baş xəbər, Elm-təhsil
04.11.2019 / 19:00

Naxçıvan Muxtar Respublikasının 95 illiyi qardaş ölkədə qeyd olunub/ FOTO

Naxçıvan Muxtar Respublikasının 95 illiyi qardaş ölkədə qeyd olunub/
Naxçıvan Muxtar Respublikasının 95 illiyi münasibətilə Türkiyənin Trabzon şəhərində yerləşən Qaradəniz Texniki Universitetində tədbir keçirilib. Naxçıvan Dövlət Universitetindən müəllim və tələbələrin də qatıldığı tədbirdə ilk öncə sərgiyə baxış olub.


NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən İnform.az-a verilən məlumata görə, 20 foto və 15 rəsm əsərinin nümayiş olunduğu sərgidə Naxçıvanın tarixi və turistik yerləri öz əksini tapıb. Tədbirdən öncə Azərbaycan və Türkiyə Respublikasının Dövlət Himnləri səsləndirilib. Qaradəniz Texniki Universitetinin Beynəlxalq münasibətlər üzrə prorektoru Hikmət Öksüz qonaqları salamlayıb, Azərbaycan və Türkiyə Cümhuriyyətinin genişmiqyaslı münasibətlərindən və tarixi əlaqələrindən danışıb.

Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov muxtar respublikanın 95 illik inkişaf tarixinə nəzər salıb. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublika 20 ildən artıq bir dövrdə hərtərəfli inkişafa nail olub və hal-hazırda Naxçıvan özünün çiçəklənmə dövrünü yaşayır.

Universitetin Azərbaycan tarixi kafedrasının dosenti Elçin Zamanov “Naxçıvan tarixi” adlı çıxışında XX yüzilliyin əvvəllərində muxtariyyata gedən yolda Naxçıvanın Türkiyənin dəstəyi ilə apardığı qurtuluş mübarizəsindən danışıb. Araz Türk Cümhuriyyətinin muxtariyyatın qazanılmasında ən mühüm tarixi mərhələ olduğu diqqətə çatdırılıb. Naxçıvanın qurtuluşu üçün ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyasından və Moskva və Qars müqavilələrinin əhəmiyyətindən ətraflı bəhs edilib.

Sonra hər iki ölkənin musiqi və rəqs nümunələrindən ibarət konsert olub. Naxçıvan Dövlət Universiteti İncəsənət fakultəsinin “Buta” instrumental ansamblının müşayiət etdiyi, Azərbaycan Respublikasının əməkdar artistləri Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva və tələbələrin də iştirak etdiyi konsert yüksək alqışlarla qarşılanıb.

Qeyd edək ki, hər iki universitet arasında Erasmus Key Action proqramı çərçivəsində tələbə-müəllim mobilliyi, ortaq proqram, simpozium, konfranslar keçirməyə dair qarşılıqlı müqavilə mövcuddur. Universitetin Tibb fakültəsinin tələbələri artıq iki ildir ki, həmin universitetdə təcrübə kursu keçirlər.

Naxçıvan Muxtar Respublikasının 95 illiyi qardaş ölkədə qeyd olunub/


Naxçıvan Muxtar Respublikasının 95 illiyi qardaş ölkədə qeyd olunub/


Naxçıvan Muxtar Respublikasının 95 illiyi qardaş ölkədə qeyd olunub/


Naxçıvan Muxtar Respublikasının 95 illiyi qardaş ölkədə qeyd olunub/



İnform.az


Baxış sayı: 39