Sağlamlıq
04.11.2019 / 23:00

Maqnit qasırğasının yaranması ehtimalı 5%-dən aşağı düşəcək- Rəsədxanadan XƏBƏR

Maqnit qasırğasının yaranması ehtimalı 5%-dən aşağı düşəcək-
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxananın İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, ötən gün Günəş fəallığı çox aşağı səviyyə, Günəş diski ləkəsiz olub.

Bu səbəbdən geomaqnit sahə də son 24 saat ərzində ümumən sakit olub.

Məlumata görə, noyabrın 4-6-da Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin sakit rejimə uyğun qalacağı proqnozlaşdırılır.

Proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 5%-dən aşağı qiymətləndirilir.


İnform.az

Baxış sayı: 97