Hüquq
04.11.2019 / 13:30

Qış mövsümü geyim formasına keçidlə bağlı sıra baxışı/ FOTO

 Qış mövsümü geyim formasına keçidlə bağlı sıra baxışı/
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində və tabe qurumlarında əməkdaşların peşə hazırlıqlarının yüksəldilməsi, müəyyən olunmuş normativlərə riayət etmələrinə nəzarətin gücləndirilməsi məqsədi ilə xüsusi geyim formasının daşınması ilə bağlı nizamnamə tələblərinə əməl edilməsi xidmət rəhbərliyinin daim diqqət mərkəzindədir.

Bu məqsədlə Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənovun əmrinə əsasən Penitensiar xidmətin Baş idarəsində və tabe qurumlarında şəxsi heyətin qış mövsümü geyim formasına keçidilə bağlı hazırlıq səviyyəsinin yoxlanılması üçün sıra baxışları həyata keçirilib.

Bu barədə İnform.az-a İdarənin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 Qış mövsümü geyim formasına keçidlə bağlı sıra baxışı/




İnform.az


Baxış sayı: 151