Mənim polisim, Baş xəbər, Hüquq
04.11.2019 / 13:15

"Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb"- DİN-nin MƏLUMATI

"Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb"-Həftəsonu daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-nin Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, noyabrın 2-də törədilən 24 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 11 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 13 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.



İnform.az

Baxış sayı: 71