Elm-təhsil
04.11.2019 / 14:30

BDU-nun məzunu olan GDU-nin professor-müəllim heyətinin görüşü/ FOTO

BDU-nun məzunu olan GDU-nin professor-müəllim heyətinin görüşü/
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçib.

Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı əsasında bu ali təhsil ocağının yubiley tədbirləri həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edilir.

Bu fikirlər, Gəncə Dövlət Universitetində(GDU) keçirilən Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş tədbirdə səsləndirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən İnform.az-a verilən məlumata görə, tədbirə GDU-nun professor-müəllim heyəti və eləcə də, BDU-nun məzunları olmuş nümayəndələr qatılıblar.

Yubileyə həsr edilmiş tədbir BDU-nun məzunu olmuş GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyevanın çıxışı ilə başlayıb. Prorektor çıxışında Bakı Dövlət Universitetinin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rolla bağlı məsələlərə toxunub. Qeyd edib ki, bu ali təhsil ocağının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ulu öndər Bakı Dövlət Universitetini “Azərbaycan xalqının milli sərvəti” kimi yüksək dəyərləndirib, onun məzunu kimi universitetin regionda qabaqcıl təhsil ocağına çevrilməsi üçün çox işlər görüb.

BDU-nun məzunu olan GDU-nin professor-müəllim heyətinin görüşü/


BDU-nun məzunu olan GDU-nin professor-müəllim heyətinin görüşü/


BDU-nun məzunu olan GDU-nin professor-müəllim heyətinin görüşü/


BDU-nun məzunu olan GDU-nin professor-müəllim heyətinin görüşü/



İnform.az

Baxış sayı: 69