Dünya
04.11.2019 / 14:00

Ermənistan Rusiyadan Su-30SM qırıcıları alacaq

Ermənistan Rusiyadan Su-30SM qırıcıları alacaq
Ermənistan Rusiyadan Su-30SM qırıcıları alacaq.

İnform.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

Onun sözlərinə görə, Rusiya ilə bağlanmış müqaviləyə əsasən, Ermənistan 2019-cu ilin dekabrında və ya 2020-ci ilin yanvar-fevralında çoxfunksiyalı Su-30SM qırıcılarını almağı planlaşdırır.

Erməni nazir qeyd edib ki, ölkəsi azı dörd ölkədən silah alır.



İnform.az

Baxış sayı: 46