Baş xəbər, Sosial
04.11.2019 / 10:40

Bəzi ərazilərdə su olmayacaq- XƏBƏRDARLIQ

Bəzi ərazilərdə su olmayacaq-“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən 4 noyabr 2019-cu il tarixində Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə İnform.az-a "Azərsu”-nun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


İnform.az

Baxış sayı: 36